Gürcüstanın din xadimləri Şuşa şəhərində səfərdədir - FOTO

22 May 2022 12:07 (UTC+04:00)

Azərbaycanın Gürcüstandakı Səfirliyinin təşkilatçılığı və SOCAR-ın Gürcüstan Nümayəndəliyinin dəstəyi ilə ölkəmizdə səfərdə olan Gürcüstanın din xadimlərindən ibarət nümayəndə heyəti Ağdam və Füzulidən sonra Şuşa şəhərinə gəliblər. SİA-nın bölgə müxbiri xəbər verir ki, nümayəndə heyəti Şuşa şəhərində tarixi məkanlar, mədəniyyət abidələri və Cıdır düzü ilə tanış olacaqlar.