Gucci brendi birincidir...

22 May 2022 06:53 (UTC+04:00)

Britaniyanın Kantar bazar araşdırması şirkəti İtaliyanın moda sənayesinin ən qiymətli brendlərinin illik reytinqini tərtib edib və Gucci brendini siyahının birinci sırasında yerləşdirib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “WWD” məlumat yayıb.

Kantarın sözlərinə görə, italyan brendinin dəyəri illik müqayisədə 12 faiz artaraq 37,9 milyard dollara çatıb, Gucci-nin dəyəri isə reytinqdəki bütün italyan brendlərinin ümumi dəyərinin demək olar ki, üçdə birini təşkil edir. Onların ümumi dəyəri 128,7 milyard dollar qiymətləndirilir.

...Prada brendi İtaliyanın ikinci ən qiymətli moda evi olub. Onun dəyəri 5,6 milyard dollardır.

...Üçüncü yerdə “Fendi” qərarlaşıb – 4,7 milyard dollarla.Tədqiqata əsasən, brend “Versace” ilə birgə kolleksiya tərəfindən irəli sürülüb, Fendace adı ilə buraxılıb və alıcılar arasında maraq oyadıb.

Beləliklə ilk on lüks brendə Bulgari, Giorgio Armani, Bottega Veneta, Salvatore Ferragamo, Valentino və Dolce & Gabbana daxil edilib.

Nazlı Almuradova