ÜST-ə yeni rəhbər seçiləcək

22 May 2022 04:28 (UTC+04:00)

Ümumdünya Səhiyyə Assambleyasının Cenevrədə keçirilən 75-ci Xüsusi Sessiyasında COVID-19 pandemiyasından sonra səhiyyə sistemlərinin bərpasının müzakirəsi və Ümumdünya Səhiyyə Təşkilatının növbəti rəhbərinin təyin edilməsi məsələsinə baxılması planlaşdırılır.

SİA “RİA Novosti “yə istinadən xəbər verir ki, pandemiyanın başlanmasından bəri ilk dəfə olaraq sessiya əyani formada keçiriləcək.

Mayın 22-28-də keçiriləcək Ümumdünya Səhiyyə Təşkilatı ölkələrinin görüşündə “Sağlamlıq dünya üçün, dünya sağlamlıq üçün” mövzusuna həsr olunacaq. Təşkilatın baş direktorluğuna yeni təyinatın mayın 24-nə keçiriləcəyi planlaşdırılıb.

Yeri gəlmişkən, Ümumdünya Səhiyyə Təşkilatının sözçüsü Tarik Yazareviç daha əvvəl dünyada “meymun çiçəyi”nə yoluxma hallarının ümumi sayının 37 olduğunu bildirmişdi.

Bu arada “RT”-yə müsahibə verən Moskva Dövlət Universitetinin biologiya fakültəsinin virusologiya kafedrasının professoru Aleksey Aqranovski xəstəliyin bəzi xüsusiyyətlərindən danışıb.

Nazlı Almuradova