Sərhəddə baş verən avtoqəzada doqquz nəfər ölüb

22 May 2022 03:49 (UTC+04:00)

Mayın 21-i axşam saatlarında Özbəkistanla Qırğızıstan arasındakı “Çeşmə” sərhəd keçid məntəqəsində baş verən avtomobil qəzası doqquz adamın həyatına son qoyub. Ölənlərin səkkizi Qırğızıstan, biri Özbəkistan vətəndaşıdır. Qəzada 5 nəfər ağır yaralanıb, iki nəfər ambulator yardım aldıqdan sonra evə buraxılıb.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, Qırğızıstanın Kadamjan rayonundan Özbəkistanın Fərqanə vilayətinə gedən nəqliyyat vasitəsinin əyləc sistemi sıradan çıxdığından sürücü idarəetməni itirib və keçid məntəqəsində növbə gözləyən digər maşınlarla toqquşub.

Qanlı hadisənin səbəbləri araşdırılır.