U-21 millimiz Küveytlə qarşılaşacaq

22 May 2022 02:18 (UTC+04:00)

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının Avropa çempionatının seçmə mərhələsinə hazırlıq məqsədilə mayın 22-dən 30-dək Bakıda təlim-məşq toplanışı olacaq.

SİA Qol.az-a istinadən xəbər verir ki, millimiz hazırlıq prossesi çərçivəsində Küveytin 23 yaşadək futbolçulardan ibarət yığma komandası ilə yoldaşlıq oyunu keçirəcək.

Mayın 26-da Sumqayıtdakı “Kapital Bank Arena”da keçiriləcək görüş saat 17:00-da başlayacaq.