“Meymun çiçəyi”nin əlamətləri...

22 May 2022 02:09 (UTC+04:00)

Rusiyalı həkim və teleaparıcı Aleksandr Myasnikov “Meymun çiçəyi”nin əlamətlərindən danışıb. Həkimin dediyinə görə, onların arasında səpgi, qızdırma, şişkin limfa düyünləri, titrəmə, zəiflik və əzələ ağrısı olur.

SİA bu barədə rus saytına istinad edir.

Belə ki, 1950-ci ildən məlum olan və Afrikada xəstə meymunlarda tapılan virusun insandakı çiçək xəstəliyinə bənzədiyini, lakin daha az yoluxucu olduğunu və insanlarda ondan ölüm nisbətinin təxminən on faiz olduğunu söyləyib.

Qərbi Afrika meşələrində bu virusun min illərdir meymunlara yoluxduğu güman edilir. Bəzən insanlar: meymunları dişləyirlər, onları yeyirlər deyən Myasnikov zoopark işçiləri, gəmiricilər və başqa canlıların bu virusun daşıyıcı kimi çıxış edə biləcəklərini istisna etməyib.

O qeyd edib ki, virus insandan insana “könülsüz ötürülür”: bu insanda-insana bir metr məsafədə ən azı üç saat təmasda olduqda keçə bilər.

Ağasəf Babayev