Zelenski İtaliya baş nazirinə təşəkkür edib

22 May 2022 00:47 (UTC+04:00)

Ukrayna Prezidenti Vladimir Zelenski İtaliyanın baş naziri Mario Draqi ilə telefonla danışıb.

SİA APA-ya istinadən xəbər verir ki, tərəflər Rusiyaya qarşı sanksiyaların artırılmasının və Ukrayna limanlarının blokdan çıxarılmasının vacibliyini vurğulayıb.

Zelenski həmçinin Ukraynanın Avropa Birliyinə üzv olmasında dəstəyinə görə Draqiyə təşəkkür edib.