“Anadolu Efes” klubu basketbol üzrə Avroliqanın qalibi olub

22 May 2022 00:07 (UTC+04:00)

Türkiyənin “Anadolu Efes” klubu basketbol üzrə Avroliqanın 2021/2022-ci il mövsümünün çempionu olub.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, Serbiyanın paytaxtı Belqraddakı “Stark Arena”da keçirilən final matçında “Anadolu Efes İspaniyanın “Real Madrid” klubunu 58-57 hesabı ilə məğlub edib.

Bununla da “Anadolu Efes” ardıcıl iki mövsüm Avropa basketbolunun bir nömrəli kubokuna yiyələnib.

Yunanıstanın “Olimpiakos” klubundan 84-74 hesabı ilə üstün olan İspaniyanın “Barselona” klubu isə mövsümü üçüncü pillədə tamamlayıb.