Yenə həmən Aşotyan və həmən çağırış...

21 May 2022 23:04 (UTC+04:00)

İrəvanda yenə də itlə yiyəsi bir birlərini tanımırlar. Yəni aləm dəyib birbirinə. Yenə də xudmani bir mitinq düzənləyiblər. Mitinq təşkilatçılarının məlumatına görə, bu gecə İrəvanda müxalifətin yürüşündə guya 40 min erməni fəalı iştirak edir.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə erməni mətbuatı yazır.

"...Hesablamalara görə, hazırda İrəvanda keçirilən Milli Müqavimət Hərəkatının mitinqində 40 mindən çox insan iştirak edir".

Bunu eks-prezident Serj Sarkisyanın rəhbərlik etdiyi millətçi Respublika Partiyasının sədr müavini Armen Aşotyan deyib.

Onun sözlərinə görə, etirazçılara ara vermədən yeni iştirakçılar da qoşulur.

Aşotyan onu da əlavə edib ki, nümayişçilər baş nazir Nikol Paşinyanın bu dəfə artıq ...dərhal istefasını tələb edirlər.

Ağasəf Babayev