İntiqam videosu rekord sayda izləmə toplayıb

21 May 2022 10:18 (UTC+04:00)

Onu aldatdığını düşünən gənc qadının intiqamı “Tiktok”da izləmə rekordu qırıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Misir tətilindən sonra İbizaya istirahətə yollanan cütlük heç nədən xəbərsiz günəşin və dənizin dadını çıxarmaqda idi. Hovuz kənarında günəşlənən gənc qəflətən sevgilisinin ona aid olan paltarlarını hovuza atdığını görüb.

Bütün bunları öz “Tiktok”unda paylaşan gəncin videosu izləmə rekordu toplayıb. Gənc oğlan sevgilisinə xəyanət etmədiyini və münasibətlərinin çoxdan bitdiyini bildirib. Buna görə də onu aldatmış olmadığını ifadə edib.

Tətili əvvəlcədən reservasiya etdikləri üçün iki dost olaraq getdiklərini iddia edib.