Yerdən ən uzaq zond "qəribə məlumatlar" göndərir

21 May 2022 07:03 (UTC+04:00)

44 il əvvəl, yəni 1977-ci ildə orbitə buraxılan "Voyacer 1" kosmik zondu son günlər Yerə qəribə məlumatlar göndərməyə başlayıb.

Bunu “Gizmodo” saytı ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsinə (NASA) istinadən yazır.

Verilən məlumata görə, NASA-nın Cənubi Kaliforniyadakı Reaktiv Sürət Laboratoriyasının “Voyager 1” və “Voyager 2” layihələrinin rəhbəri Suzan Dodd heç bir mənası olmayan məlumatlar almağa başlayıb.

Ekspertin sözlərinə görə, zond Yerdən 23 milyard kilometr məsafədə yerləşir və insanın yaratdığı planetdən ən uzaq obyektdir. O, saatda təxminən 61 min kilometr sürətlə uçur.

“Demək olar ki, missiyanın bu mərhələsində bu cür tapşırıqlar praktiki olaraq normadır” deyə Suzan Dodd bildirib.

Nazlı Almuradova