“Meymun çiçəyi” indi də İsraildə...

21 May 2022 00:44 (UTC+04:00)

“İsraildə ilk meymun çiçəyi hadisəsi qeydə alınıb”. SİA bu barədə “RİA Novosti”yə istinad edir.

Beləliklə, verilən məlumata görə, ölkənin 12 telekanalı Səhiyyə Nazirliyinə istinadən meymun çiçəyi xəstəliyinə ilk yoluxma halının İsraildə də qeydə alındığı xəbəri verilir.

Xəstənin təxminən 30 yaşı olduğu, bir müddət əvvəl xaricdən gəldiyi və xəstəlik əlamətləri ilə xəstəxanaya yerləşdirildiyi bildirilir.

Onun vəziyyəti yüngül qiymətləndirilir və hazırda karantində olduğu bildirilir.

Əli Babayev