“...Dilin bəlası” Meladze sənətinə son qoydu..?

20 May 2022 23:06 (UTC+04:00)

Müğənni Valeri Meladze şou-biznesə marağını itirdiyini və əvvəlki peşəsinə qayıtmaq istədiyini bildirib.

“...İnstitutdan sonra aspiranturanı bitirdim, dərin suların təmizlənməsi sahəsində elmlə məşğul oldum. Bu yaxınlarda namizədlik dissertasiyamı vərəqləyərək və bu sahədə müasir nailiyyətləri öyrənərək dəniz suyundan dövri sistemin müxtəlif elementlərini çıxarmaq üçün qurğu işləyib hazırlamışam”.

SİA rus saytlarına istinadən xəbər verir ki, bunu Meladze teleqram kanalında bildirib.

Gürcü əsilli müğənni sənətdən “getsə” də amma “...şusiqi mənim sevimli işim olaraq qalır, baxmayaraq ki, şou-biznesə bütün marağımı itirmişəm. Mahnı formatları, radiostansiyalardakı fırlanmaların sayı, televiziya kanallarında çəkilişlərdə iştirak mənim üçün əhəmiyyət kəsb etməyi dayandırdı” -deyə Meladze etiraf edib.

Müğənni qeyd edib ki, mahnıları uzun müddətdir ki, yaşayır və bundan sonra da dinləyiciləri sayəsində yaşayacaq.

Xatırladaq ki, Rusiya Federasiyasının Ukraynada xüsusi əməliyyatı başlayandan sonra Valeri Meladze dəfələrlə Rusiya haqqında mənfi fikirlər səsləndirib. Ölkə daxilində bu kifayət qədər sərt açıqlamalardan sonra müğənninin bütün ölkə üzrə konsertləri ləğv olunmağa başlayıb.

Ağasəf Babayev