Yağlı dəriyə sahib olanlar bunlara DİQQƏT EDİN!

20 May 2022 11:39 (UTC+04:00)

Yağlı dəri tipi həmişə çox diqqətli qulluq tələb edir.

SİA xarici mətbuata istinadən xəbər verir ki, həddindən artıq yağ ifraz edən bu dərilərin məsamələrin tıxanmaması üçün xüsusilə təmiz saxlanması çox vacibdir.

1. Əgər yağlı dəriyə sahibsinizsə, dərinizi səhər və axşam müntəzəm olaraq təmizləyin. Bunu edərkən dərinizə uyğun gel və ya sabundan istifadə edin. Yuma zamanı üzünüzü qıcıqlandıracaq kobud hərəkətlərdən çəkinin. Ovma dərini qıcıqlandırır, bu da dərinin daha da pis görünməsinə və yağlılığın artmasına səbəb ola bilər.

2. Yağlı dəriniz olsa belə, dərinizi nəm saxlamaq üçün nəmləndirici sürtmək vacibdir. Yağlı dərilər üçün "yağsız" və "qeyri-komedogen" etiketli nəmləndiricilərdən istifadə edə bilərsiniz.

3. Həm daxili, həm də açıq havada hər gün günəş kremindən istifadə edin. Günəş şüaları qırışlara, ləkələrə və hətta dəri xərçənginə səbəb olur. Bunun qarşısını almaq üçün yağlı dərinizə mütləq günəş kremi sürtməlisiniz.

4. Makyajdan çox istifadə etdiyiniz zaman məsamələrinizin tıxanmasına səbəb ola bilərsiniz. Xüsusilə yağlı dəri tipinə sahib olanlar makyaj tətbiq edərkən bir az daha vasvası olmalıdır. Yağsız, su və ya gel əsaslı makyaj məhsullarından istifadə edin. Makiyajınızla yatmayın. Yatmazdan əvvəl həmişə bütün makiyajı silin. Dərinizə ağır makiyaj məhsulları istifadə etməkdən çəkinin.

5. Sağlam dəri üçün balanslı bir pəhriz lazımdır. Dərini qorumağın ən təsirli yolu balanslaşdırılmış qidalanma və bol su içməkdir.

Çox yağlı qidalar qəbul etmək dərinizi yağlılaşdıracağı üçün bu qidaları mümkün qədər az istehlak etməlisiniz.

Hər gün 8-10 stəkan su içməlisiniz. Çünki su bədəninizdə yığılan toksinlərin atılmasını asanlaşdırır. Dərinizin nəfəs almasına və nəmlənməsinə imkan verir.