Məşhur türk kanalı olan Kanal D-nin yeni serialı "Seversin" iyunun 1-də ekranlarda olacaq. SİA xarici mətbuata istinadən xəbər verir ki, “Asya” obrazını canlandıran türk aktrisa İlayda Alişan açıqlama verib.
O, “Çox həyəcanlıyam, günləri sayıram. Çox sevdik, inşallah siz də bəyənərsiniz” deyib.
“Tolga” obrazını canlandıran aktyor Burak Yörük “Hər saniyə hiss etdiyimiz bir işi görürük. Ən qısa zamanda tamaşaçılarımızla görüşmək istəyirəm” söyləyib.
Ayşən Vəli