Rusiyanın Ukraynaya hücumları davam edərkən ABŞ və Rusiya arasında daha bir yüksək səviyyəli görüş baş tutub. SİA xarici mətbuata istinadən xəbər verir ki, ABŞ Baş Qərargah Rəisləri Komitəsinin sözçüsü polkovnik Dave Butler verdiyi açıqlamada ABŞ Baş Qərargah rəisi Mark Millinin Rusiya Baş Qərargah rəisi Valeri Qerasimovla telefon danışığı apardığını bildirib. Butler "Hərbi liderlər təhlükəsizliklə bağlı bir sıra narahatedici məsələləri müzakirə etdilər və kommunikasiya xətlərini açıq saxlamağa razılaşdılar" deyib.
Milli və Qerasimov arasında telefon danışığı Rusiyanın Ukraynaya hücumlarından sonra ilk dəfə olaraq qeydə alınıb.