Türkiyәnin Elazığ şәhәrindә terror tәşkilatı PKK-ya qarşı ‘‘Eren Abluka -11’’ әmәliyyatına start verilib.
Bu barәdә Türkiyәnin Daxili İşlәr Nazirliyindәn verilәn mәlumatda bildirilib. Mәlumatda әmәliyyatda 514 hәrbi personalın iştirak etdiyi bildirilib.
Qeyd edәk ki, Türkiyәnin Tunceli şәhәrindә hәyata keçirilәn ‘‘Eren Abluka-7’’ әmәliyyatı nәticәsindә terroçular tәrәfindәn istifadә edilәn 6 sığınacaq mәhv edilib.