Söhbətə körpü salmağın “sadə yolu”

19 May 2022 19:10 (UTC+04:00)

Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov maraqlı bir açıqlama verib. O deyib ki, guya Ukrayna əyalətlərinin gələcəyi əyalət sakinlərinin bunu necə istəməsindən asılı olacaq.

Rusların TASS agentliyi də yazır ki, guya bu yolla Peskov bəzi rusiyalı siyasətçilərin və rəsmilərin Ukraynanın müəyyən əyalətlərinin perspektivləri ilə bağlı sözlərini şərh edib.

...Elə bil,..nə isə, Peskov bildirib ki, Rusiya Federasiyasının nəzarətində olan Ukrayna əyalətlərində görülən tədbirlər bu ərazilərin həyati fəaliyyətinə dəstək verilməsinin zəruriliyi ilə izah olunur.

...Yəni buralarda sosial təminat təmin edilməlidir deyə burada heç bir fasiləyə filana yol verilə bilməz.

Peskovun dediyinə görə, indi bu yerlərin bir çoxu işıqsız, kanalizasiya və susuz qalıb: “... Və bunu etmək lazımdır”.

Maraqlıdır ki, Peskov sırf insanların qayğısı ilə diktə edilən bu prioritet tədbirlərə ehtiyac olduğu üçün belə bəyanatlar verməyə məcbur olduğunu etiraf edir.

Təbii ki, bu da başadüşüləndir, yəni o da arada başını qaldırıb...”mən də burdayam a...” deməlidir.

Amma...deyim ki, bu, bəlkə Sizə də maraqlı olacaq bir lətifəni mənə xatırlatdı.

...Deməli, vaxt “öldürmək” üşün bekar gəzən biri bağdakı skamiyada oturub istirahət edən başqa birinin yanında oturur. Bir sağa baxır, bir sola baxır...və birdən yanında oturduğunun gözləmədiyi halda ondan soruşur:

-Sən nağara çala bilirsən?

Skamiyada oturan təəccüblə, “yox” deyir və ondan bunu niyə soruşursduğunu öyrənmək istəyir. Bekar adam da qayıdır ki, heç, elə belə, söhbətə körpü salmaq istəyirdim.

Ağasəf Babayev