Müstəqil Azərbaycanın beynəlxalq aləmdə əlaqələri günbəgün genişlənməkdədir

19 May 2022 17:46 (UTC+04:00)

Azərbaycan qüdrətli, güclü, sülhsevər bir ölkə kimi Cənubi Qafqazda, beynəlxalq aləmdə sülhə, əminamanlığa, təhlükəsizliyə mühüm töhvələr verir. Bunun nəticəsidir ki, dünya siyasətinin aparıcı qurumları, beynəlxalq təşkilatları Azərbaycanın yürütdüyü xarici siyasəti yüksək qiymətləndirir və dəstəkləyirlər.

Müstəqil siyasət aparan ölkəmiz xarici siyasi əlaqələrini, iqtisadi, strateji, humanitar və digər sahələrdə müttəfiqlərini, əməkdaşlıq etdiyi ölkə və beynəlxalq təşkilatları özü seçir. Çünki, Möhtərəm Prezidentimizin təbirincə desək: “İqtisadiyyatı güclü olan ölkələr müstəqil siyasət yürüdə bilər!” Bu gün Azərbaycan beynəlxalq aləmdə sözü ilə imzası bir olan, güclü iqtisadiyyata, Qüdrətli Orduya malik, yüzlərlə ölkəyə köməklik göstərən, yardımlar edən donor bir ölkədir. Azərbaycan öz təbii sərvətlərinin sahibi kimi enerji sahəsində əməkdaşlıq əlaqələrini dövlət maraqları və qarşılıqlı faydalılıq prinsipləri əsasında reallaşdırır. Prezident İlham Əliyevin bildirdiyi kimi, Azərbaycan öz müstəqil siyasətinə sadiqdir: “Bu siyasət Azərbaycan xalqının milli maraqlarını hər şeydən üstün tutur. Azərbaycan heç bir xarici qüvvənin diktəsi ilə oturub-durmur, müstəqil siyasət aparır və sürətlə inkişaf edir, eyni zamanda, sübut edir ki, bu gün müsəlman aləmində dinamik, müasir, öz milli-mənəvi dəyərlərinə sadiq, güclü bir dövlət vardır. Bu da bəzi xarici dairələrin stereotiplərinə, yaxud da ki yaratdıqları stereotiplərə sığmır”.

Bölgədə və beynəlxalq səviyyədə əməkdaşlıq və təhlükəsizliyə mühüm töhfələr verən Azərbaycan bu kontekstdə son dövrlərdə ölkəmizin iştirakı ilə gerçəkləşdirilən enerji layihələrinin də ən fəal və önəmli iştirakçısıdır. Məhz, bütün bunlara görə dünya siyəsətinin aparıcı qurumları, həmçinin mötəbər beynəlxalq təşkilatlar da Azərbaycanın mütərəqqi xarici siyasətini, regional təhlükəsizlik və qlobal inkişafa mühüm töhfə kimi qiymətləndirirlər. Azərbaycanın uğurlu xarici siyasət kursu sivilizasiyalararası dialoq və qlobal inteqrasiya baxımından da, xüsusi əhəmiyyət kəsb edir. Ölkəmiz həm də beynəlxalq dialoq və əməkdaşlıq məkanı kimi imic qazanmışdır.

Müstəqil Azərbaycan həm də illərdi ki,mühüm siyasi, iqtisadi, mədəni və humanitar xarakterli beynəlxalq tədbirlərə ev sahibliyi edir. Bir çox nüfuzlu beynəlxalq tədbirlərin respublikamızda keçirilməsi Azərbaycanın beynəlxalq inteqrasiya prosesində uğurla iştirak etməsindən xəbər verir. Beləliklə, Azərbaycan özünün çoxşaxəli və mütərəqqi siyasəti ilə xalqlararası əməkdaşlığın inkişafında və sivilizasiyalararası dialoqda mühüm rol oynayır. Möhtərəm Prezidentimiz İlham Əliyevin qeyd etdiyi kimi, hazırda Azərbaycan Cənubi Qafqaz regionunun siyasi, iqtisadi və humanitar mərkəzinə çevrilmişdir. Azərbaycan qlobal və regional səviyyəli tədbirlərə ev sahibliyi edən, bütün dünyanın diqqət mərkəzində olan mühüm məsələlərin müzakirə olunduğu siyasi, iqtisadi və humanitar mərkəz kimi tanınmağa başlayıb.

Keçmiş SSRİ-nin tərkibində müttəfiq respublika olanda da Azərbaycan başqa respublikalarla yanaşı, o cümlədən Litva ilə də iqtisadi və mədəni əlaqələr yaratmışdır. Sovetlər birliyi dağıldıqdan sonra da bu münasibətlər daha da inkişaf etməyə başladı. Azərbaycan Respublikası Litva Respublikası ilə hər bir sahədə əməkdaşlıq apardığı kimi ATƏT çərçivəsində də əməkdaşlığı genişləndirmişdir.

Azərbaycan Cənubi Qafqaz regionunda Litvanın çox önəmli tərəfdaşıdır. 2007-ci ildə imzalanmış Strateji Tərəfdaşlıq üzrə Birgə Bəyanata uyğun olaraq ikitərəfli münasibətlərin daha da inkişafı hər iki ölkənin marağındadır. Azərbaycan və Litva dövlətləri arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün böyük potensial vardır. Təsadüfi deyil ki, mayın 18-də Litva Respublikasının Prezidenti Gitanas Nauseda Azərbaycanda rəsmi səfərdə oldu və bir çox biznes nümayəndələrini də gələcək qarşılıqlı əməkdaşlıq üçün özü ilə gətirdi. Litva Avropa İttifaqı ilə Azərbaycan arasında daha fəal, daha sıx əməkdaşlığın tərəfdarıdır. Azərbaycan Avropa İttifaqının Şərq Tərəfdaşlığı platforması kontekstində çox önəmli bir ölkə və etibarlıenerji tərəfdaşıdır. Litva Avropa İttifaqı ilə Azərbaycan arasında yeni saziş üzrə irəliləyişləri, mövcud əlaqələri dəstəklənməkdə davam edir. Rusiya - Ukraynamüharibəsi öz enerji resursları mənbələrini şaxələndirmək üçün sanki, Avropaya bir xəbərdarlıq idi. Təbii ki, Avropa İttifaqı öz enerji resursları mənbələrinin şaxələndirilməsini və özünün enerji sahəsində Rusiyadan asılılığına son qoymaq niyyətindədir. Avropa İttifaqında enerji ixrac edən alternativ ölkələrlə, o cümlədən təbii qaz sahəsində Azərbaycanla əməkdaşlığın gücləndirilməsinə böyük maraq var. Azərbaycan enerji sektorunda Avropa İttifaqının səmərəli əməkdaşı və etibarlı tərəfdaşıdır.

Azərbaycanın hədəflərindən biri də ümumi enerji sahəsində bərpaolunan enerji mənbələrinin həcmini artırmaqdır. Litva Respublikası bərpaolunan enerji sektorunda, xüsusilə günəş enerjisi sahəsində güclü mövqeyə malik bir ölkədir. Litva şirkətləri yüksək keyfiyyətə və davamlılığa malik günəş enerjisi modullarına malik olduğundan Litva həm dəAzərbaycana çox sayda fərqli qida məhsulları təqdim edə bilər, hansının ki, əsas ixrac bazarı Avropa İttifaqıdır. Bu həmin bazardır ki, burada yüksək səviyyəli, keyfiyyətliqida tələb olunur.

Hər iki ölkə arasında nəqliyyat və logistika sahəsində əməkdaşlıq da böyük potensiala malikdir. Belə ki, Litva yaxşı inkişaf etmiş avtomobil yolu, dəmir yolu, dəniz limanları infrastrukturu və xidmətlərinə malikdir. LitvaAvropa bazarına sərfəli logistik çıxış imkanına malik birdost ölkə kimi həm də, Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin potensialını araşdırmaqda çox maraqlıdır.

Litva nümayəndə heyətinin tərkibində təhsil sahəsi üzrə mütəxəsislərin də Azərbaycana gəlməsi bu sahədə dəəməkdaşlığı gücləndirmək məqsədi daşıyır. Burada da əsas məqsəd Azərbaycan universitetləri ilə birgə ikili diplom - təhsil proqramlarının qurulmasıdır.

Təbii ki, əldə edilən nailiyyətlərin əsasında ancaq və ancaq düşünülmüş məqsədyönlü siyasət dayanır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “Düşünülmüş siyasət olan yerdə inkişaf da var. Azərbaycanda düşünülmüş siyasət aparılır. Məhz, buna görə biz bütün bölgədə, dünyada yaşanan böhranlı şəraitdən, sınaqdan şərəfli çıxırıq. Həmişə demişəm, Azərbaycan sabitlik, təhlükəsizlik məkanıdır. Azərbaycan vətəndaşı təhlükəsizlik şəraitində yaşayır və yaşamalıdır, sabitlik şəraitində yaşayır və yaşamalıdır. Ancaq ölkə bu təqdirdə inkişaf edə bilər. Harada ki, təhlükəsizlik, sabitlik pozulur, orada ölkə dağılır, iqtisadiyyat çökür, sosial problemlər yaşanır və başqa xoşagəlməz hallar üzə çıxır”.

Əlbəttə ki, Möhtərəm Prezidentimiz İlham ƏliyevinMüstəqil Azərbaycanımızın xoş, firavan gələcəyinəxidmət edən uzaqgörən siyasəti, müasir Azərbaycanın güclənməsinə, ölkəmizin beynəlxalq aləmdə mövqeyinin daha da möhkəmlənməsinə və nüfuzunun artmasına xidmət edir. İnanırıq ki, Dövlət Başçımızın məqsədyönlü siyasi-diplomatik fəaliyyəti Azərbaycanımızın siyasi-iqtisadi müstəqilliyini daha da möhkəmləndirəcəkdir ki, bu da, yaxın gələcəkdə ölkəmizin yeni-yeni naliyyətlərə, uğurlara, qələbələrə imza atmasına rəvac verəcəkdir!

Anar Nəbiyev

YAP Qazax rayon təşkilatının sədri