Azərbaycanda peyvənd olunanların SAYI

19 May 2022 16:50 (UTC+04:00)

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 3197 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan SİA-ya verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 348, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 451, üç və daha çox doza vaksin vurduranların sayı 2170, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 228 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 698 183, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 344 904, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 845 785, üç və daha çox doza vaksin vurduranların sayı 3 263 579, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 243 915 təşkil edir.