Azərbaycan yeni texnologiyaların inkişafına önəm verir - DEPUTAT DANIŞDI

19 May 2022 16:52 (UTC+04:00)

“Azərbaycanda bu cür sərginin keçirilməsi və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın səfəri böyük əhəmiyyət daşıyır”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Musa Qasımlı bildirib.

Onun sözlərinə görə, bu sərgi göstərir ki, Azərbaycan dövləti yeni texnologiyaların inkişafına, tətbiqinə xüsusi önəm yerir: “İkinci olaraq isə Rəcəb Tayyib Ərdoğanın Bakıya gəlməsi və sərgidə iştirak etməsi Azərbaycan-Türkiyə dostluğu baxımından xüsusi diqqətə layiqdir. Həm də göstərir ki, Türkiyə-Azərbaycan əməkdaşlığında yeni texnologiyalar da üstün yer tutur”.