Mövlud Çavuşoğlu Entoni Blinkenlә görüşüb

19 May 2022 16:40 (UTC+04:00)

Türkiyәnin xarici işlәr naziri Mövlud Çavuşoğlu İsveç vә Finlandiyanın NATO-ya üzvlüyü ilә bağlı deyib: ‘‘Təhlükəsizliklə bağlı narahatlıqlarını anlayırıq və Türkiyənin təhlükəsizlik narahatlıqları da aradan qaldırılmalıdır".

SİA-nın əldə etdiyi məlumata görə, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Birləşmiş Millətlər Təşkilatının Baş Qərargahında ABŞ Dövlət katibi Entoni Blinkenlə görüşüb.

Görüşdә ikitərəfli danışıqlara diqqәti yönəldəcəklərini, ABŞ-la anlaşılmazlıqların dialoq və diplomatiya yolu ilə həllini müzakirə edəcəklərini bildirən Mövlud Çavuşoğlu Türkiyənin bu ölkə ilə ticarət həcmini 100 milyard dollara çatdırmağı hədəflədiyini qeyd edib.

Mövlud Çavuşoğlu deyib: "Rusiya-Ukrayna müharibəsi bir daha göstərdi ki, Türkiyə və ABŞ dost və müttəfiq olaraq daha yaxşı əməkdaşlıq etməlidir. Bu, təkcə bizim üçün deyil, bölgəmizdəki dost və müttəfiqlərimiz üçündür".

İsveç və Finlandiyanın NATO-ya üzvlük müraciətlərinə münasibət bildirən Çavuşoğlu bildirib ki, Türkiyə hələ bu müharibə başlamamışdan əvvəl NATO-nun açıq qapı siyasətini dəstəkləyir. Bu iki ölkənin mümkün NATO üzvlüyü ilə bağlı haqlı narahatlığımız da var. Onlar terror təşkilatlarını dəstəkləyirlər. Müdafiә mәhsulları ixracı mәsәlәsindә dә mәhdudiyyәtlәr var. Biz narahatlığımızı bildirdik, Berlindəki həmkarlarımın hər ikisi ilə danışdım. Biz təhlükəsizliklə bağlı narahatlıqları anlayırıq və Türkiyənin təhlükəsizlik narahatlıqları da nəzərə alınmalıdır.