Türkiyənin Kənd Təsərrüfatı naziri Şəhidlər Xiyabanında olub - FOTOLAR

19 May 2022 15:48 (UTC+04:00)

Bu gün Türkiyənin Kənd Təsərrüfatı və Meşəçilik naziri Vahid Kirişçi Ümummilli Lider Heydər Əliyevin, Şəhidlər Xiyabanı və Bakı Türk Şəhidliyini ziyarət edib. SİA xəbər verir ki, ziyarət zamanı Türkiyənin Azərbaycandakı səfiri və bir sıra rəsmi simalar da iştirak edib.

Bütün türk və Azərbaycan şəhidlərini anan nazir Vahid Kirişçi çıxış edərək bildirib ki, illər əvvəl şəhidlərimizin verdiyi mübarizə tarixdə böyük bir iz buraxıb: "Eynilə də 44 günlük müharibə zamanı Azərbaycan əsgərləri də bu cür qəhrəmanlıqla düşmənlə mübarizə apardılar. Bu gün biz burada həm türk, həm də azərbaycanlı şəhidlərimizi anırıq. Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir. Bizim qardaşlığımız tarix boyu davam edəcək və daha da güclənəcək”.