Aktyor zorakılığa məruz qalıb

19 May 2022 13:18 (UTC+04:00)

Bakının mərkəzində aktyora qarşı zorakılıq edilib. SİA xəbər verir ki, bir müddətdir Xaqani küçəsində öz pantomim nömrələri ilə insanların diqqətini cəlb edən gənc aktyor Pərviz Fəxrəddinə şəhər sakini tərəfindən şiddət göstərilib.

Sosial şəbəkələrdə paylaşılan videoda naməlum birinin aktyora yaxınlaşaraq ona şillə vurması əks olunub. Elə o anda P. Fəxrəddinin xanım tanışı həmin şəxsə müdaxilə edib.