YAP Ağdam rayon təşkilatında ərazi partiya təşkilatlarının sədrləri ilə görüş keçirilib FOTOLAR

19 May 2022 13:13 (UTC+04:00)

Yeni Azərbaycan Partiyası Ağdam rayon təşkilatında ərazi partiya təşkilatlarının sədrləri ilə növbəti görüş keçirilib. Görüş iştirakçıları öncə Yeni Azərbaycan Partiyasının və müasir Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər. YAP Ağdam rayon təşkilatının sədri Mansur Quliyev ərazi partiya təşkilatlarının sədrlərinə Yeni Azərbaycan Partiyasının yeni proqramına əsasən, qəbul olunan, yenilənən qərarlar, Nizamnamə və Proqram tələblərinin yerinə yetirilməsi vəziyyəti barədə ətraflı məlumat verib və bildirib ki, ötən əsrin 90-cı illərinin əvvəllərində yaşanan xaosa, ümidsiz, təhlükəli vaxtlara cəlb edərək göstərmişdir ki, Ulu Öndər Heydər Əliyevin əsl qəhrəmanlığı, gərgin siyasi mübarizəsi sayəsində ölkə qısa vaxtda sabitlik, inkişaf yoluna çıxarıldı. Bu gün Azərbaycan Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyevin siyasi iradəsi, gərgin fəaliyyəti ilə yeni inkişaf mərhələsini yaşayır. Bu inkişaf həm də yaradılmış sabitliyin, əmin-amanlığın göstəricisidir. Hər bir Azərbaycan vətəndaşı 44 günlük şanlı Vətən müharibəsində qazanılan zəfərə görə, həmçinin bugünkü sabitlik, əmin-amanlıq üçün məhz Prezident Cənab İlham Əliyevə minnətdardır.

Tədbirdə çıxış edən ərazi partiya təşkilatı sədrlərindən Hafiz Əzimzadə, Xanım Əliyeva, Siyavuş Şükürov, Elmir Rüstəmov və başqaları çıxış edərək ağdamlıların Prezident Cənab İlham Əliyevin ətrafında sıx birləşdiklərini vurğulayıblar və bildiriblər ki, bu gün Prezident Cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu daxili və xarici siyasət ölkəmizin bütün sahələrində dinamik inkişafı təmin etmiş və insanların həyat səviyyəsi əsaslı şəkildə dəyişmişdir.

Sonda YAP Ağdam rayon təşkilatının sədri Mansur Quliyev ərazi partiya təşkilatının hər bir üzvünü görüləcək işlərdə və partiya tədbirlərində fəal olmağa çağırıb, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Zümrüd Bayramova