Ədliyyə Akademiyasına rektor təyin edilib - SƏRƏNCAM

19 May 2022 12:30 (UTC+04:00)

Prezident İlham Əliyev Ş.M.Əliyevin Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının rektoru təyin edilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncamla Şahin Məhərrəm oğlu Əliyev Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının rektoru təyin edilib.

Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.