Milli Məclisin növbədənkənar iclasları keçiriləcək

19 May 2022 12:26 (UTC+04:00)

Milli Məclisin növbədənkənar iclasları keçiriləcək. SİA-nın məlumatına görə, bununla bağlı bir qrup deputat qanunvericilik qaydasına uyğun olaraq müraciət edib.

Növbədənkənar iclasların iyun ayında keçirilməsi nəzərdə tutulur. Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, parlamentin 42 deputatının tələbi əsasında Milli Məclisin növbədənkənar sessiyasını çağırılır.

Qeyd edək ki, parlamentin yaz sessiyası mayın 31-də başa çatır.