“Sabir Rüstəmxanlı. Biblioqrafiya” kitabının təqdimat mərasimi keçirilir - YENİLƏNİR-FOTOLAR

19 May 2022 12:14 (UTC+04:00)

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Milli Kitabxananın birgə təşkilatçılığı ilə Milli Kitabxananın “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından nəşr etdiyi “Sabir Rüstəmxanlı. Biblioqrafiya” kitabının təqdimat mərasimi keçirilir. SİA xəbər verir ki, təqdimatda Milli Məclisin deputatları Sabir Rüstəmxanlı, Fazil Mustafa, Sahib Alıyev, Cavanşir Feyziyev, Aqil Abbas, Jalə Əliyeva, yazıçılar və ziyalılar iştirak ediblər.