Ukrayna Rusiyanın hәrbi itkilәrinin yeni sayını açıqlayıb

19 May 2022 08:35 (UTC+04:00)

Rusiya Silahlı Qüvvələrinin Ukraynada itirdiyi qüvvələrin yeni sayı məlum olub.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, indiyədək Rusiyanın 28 300 hərbçisi öldürülüb.

Məlumatda Rusiyanın son 24 saatda 400 hərbçisinin öldürüldüyü vurğulanıb.

Bundan başqa, Rusiyanın 202 təyyarə, 167 helikopter, 1251 tank, 3 043 zirehli döyüş maşını, 586 artilleriya qurğusu, 91 hava hücumundan müdafiə sistemi, 191 reaktiv yaylım atəş sistemi, 2137 avtomobil texnikası, 13 gәmisi, 76 yanacaq çәni vә 441 pilotsuz uçuş aparatı məhv edilib.

Rusiya Müdafiә Nazirliyi martın 25-dә verdiyi bәyanatda Ukraynada 1351 rus hәrbçisinin öldüyünü açıqlamışdı.

Qeyd edək ki, Rusiya ordusu fevralın 24-də Ukrayna ərazisində hərbi əməliyyata başlayıb.