Sən demə, dünya əhalisinin 60 faizi Rusiyanın dostu imiş?

19 May 2022 05:55 (UTC+04:00)

...Qərbin Rusiyaya qarşı sanksiyaları Çin, Hindistan, Türkiyə və Braziliyanın mövqeyinə görə gözlənilən zərərli nəticəni vermədi.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Süddeutsche Zeitung” qəzeti məlumat yayıb.

Çin, Hindistan, Braziliya və Türkiyə kimi ölkələrin Qərbin sanksiyalarına ya ümumiyyətlə, ya da qismən qoşulduqlarını yazan nəşr, bütün bu sanksiyalara baxmayaraq Rusiya iqtisadiyyatı guya öz sabitliyini qoruyub saxlaya bilib.

Nəşrin yazdığına görə, yenə də guya belə “kollektiv sanksiyalara baxmayaraq”, Rusiyada gözlənilən maliyyə böhranı baş vermədi. ÜDM gözlənildiyi qədər kəskin şəkildə azalmadı, ölkə valyutası enişdən sonra sürətlə bərpa olundu və i. və s.

Maraqlıdır ki, bunları yazan rus saytı “The Economist”dən “sanballı” bir sitat da gətirir.

...Sən demə, dünya əhalisinin 60 faizindən çoxu “Rusiyanın dostu” imiş.

Hətta bəzi ABŞ müttəfiqləri belə Vaşinqtonun Rusiyaya qarşı sanksiya tələblərini rədd edirlər.

...Nə bilmək olar, bəlkə də, dünya əhalisinin 60 faizini təşkil edən ölkələrin bəzi rəhbərləri, təbii ki, müxtəlif məqsədlə Rusiyaya “dost” ola bilər, amma bunu həmən ölkələrin bütün əhalisinə şamil etmək, məncə doğru olmazdı.

Ağasəf Babayev