“Finlandiya və İsveçə qarşı təcavüzə dözməyəcəyik”

18 May 2022 23:21 (UTC+04:00)

ABŞ hakimiyyəti Türkiyənin Finlandiya və İsveçin NATO-ya daxil olması ilə bağlı narahatlığı aradan qalxacağına əmindir. Bu barədə çərşənbə günü Ağ Evdə keçirilən brifinqdə prezidentin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan bildirib. SİA bu barədə “rambler”ə istinad edir.

"Əminik ki, son nəticədə Finlandiya və İsveçin effektiv üzvlük prosesi olacaq və Türkiyənin "narahatlığı" aradan qalxacaq. Finlandiya və İsveç bunu etmək üçün birbaşa Türkiyə ilə işləyir, biz də kömək etməyə çalışmaq üçün Türkiyə tərəfi ilə danışırıqlar aparırıq"-deyə Sallivan bəyan edib.

Çərşənbə günü türkiyəli həmkarı ilə danışdığını və ABŞ dövlət katibi Entoni Blinkenin BMT-də Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşdüyünü deyiən Sallivan ...bu məsələ ilə bağlı çox yaxşı hisslər keçirdiyini də gizlətməyib.

ABŞ prezidentinin köməkçisi onu da bildirib ki, Vaşinqton və onun Avropalı müttəfiqləri NATO-ya üzv olmaq prosesində olduqları müddətdə Finlandiya və İsveçə qarşı hər hansı təcavüzə dözməyəcəklər.

Bununla belə o, NATO-nun kollektiv təhlükəsizlik prinsipləri alyansa daxil olana qədər iki ölkəyə şamil edilməyəcəyini də etiraf edib.

“...Lakin ABŞ, bütün Avropalı müttəfiqlərimiz kimi, bu proses zamanı Finlandiya və ya İsveçə qarşı heç bir təcavüzə dözməyəcəyimiz barədə çox aydın siqnal verməyə hazırdır. Məhz bu mənda ABŞ Müdafiə Naziri Lloyd Ostin Finlandiya və İsveçdəki həmkarları ilə koordinasiya aparacaq”.

Bunu da Ceyk Sallivan bildirib.

Ağasəf Babayev