Qaçaq yanacaq daşıyan gəmi müsadirə edilib

18 May 2022 23:09 (UTC+04:00)

SİA-nın əldə etdiyi məlumata görə, İranın Hörmüzqan vilayətinin Ədliyyə Başçısı Mücteba Kahramani bu barədə məlumat yayıb.

Bildirib ki, İran İnqilab Keşikçiləri Korpusu, Fars körfəzində 550 min litr qeyri-qanuni yanacaq daşıdığı aşkar edilən bir xarici gəmini müsadirə edib. Kahramani qeyd edib ki, geminin 7 nəfərdən ibarət heyəti həbs edilib. Gəmi isə Hörmüzqan Limanına aparılıb.