Rusiya fransanın 34 diplomatını persona non-qrata elan edib

18 May 2022 23:00 (UTC+04:00)

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Rusiyanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Xarici işlər nazirliyinin açıqlamasında: “Fransanın Moskvadakı səfiri Pyer Levi nazirliyə çağırılaraq ona Fransadakı 41 rus diplomatının persona non qrata elan edilməsinin təxribatçı və ədalətsiz olduğu bu addımın Rusiya-Fransa münasibətlərinə və konstruktiv ikitərəfli əməkdaşlığa ciddi ziyan vuracağı, qərara cavab olaraq Fransanın Rusiyadakı diplomatik qurumlarının 34 əməkdaşının persona non-qrata elan edildiyi, bu şəxslərin iki həftə ərzində Rusiya ərazisini tərk etməli olduqları bildirildi”.