"Benfika"nın yeni baş məşqçisi müəyyənləşib.
SİA Qol.az-a istinadən xəbər verir ki, bu vəzifəyə Rocer Şmidt təyin olunub. Alman mütəxəssislə 2024-cü ilin yayına kimi müqavilə imzalanıb.
Qeyd edək ki, Şmidtin son iş yeri 2021/22 mövsümündə Niderland çempionatının gümüş medalını qazandığı PSV olub.
Xatırladaq ki, "Benfika" Portuqaliya Liqasında çempion "Portu"dan 17 xal geri qalaraq 3-cü yeri tutub.