Badımcanın orqanizmə hansı faydaları var?

18 May 2022 19:39 (UTC+04:00)

Badımcanın heç bir faydası olmadığını düşünürsünüzsə, yanılırsınız.

Badımcanın tərkibində A vitamini və fosfor var. Onun ən əhəmiyyətli xüsusiyyəti əsəbləri sakitləşdirməsidir.

Badımcan damarları yüksək xolesterinin pis təsirindən qoruyur.

Heyvanlar üzərində aparılan təcrübədə badımcan yeyənlərin mədə xərçənginə tutulmadığı məlum olub.

Əzələ inkişafı və qeyri-iradi əzələ daralması üçün də yaxşı olduğu aşkar edilmişdir.

Badımcan lifli tərəvəzdir. Mütəxəssislər bildirirlər ki, bu liflər sayəsində həzm pozğunluğuna yaxşı təsir edir və eyni zamanda bağırsaqların yaxşı işləməsini təmin edir.

Sağlamlığımız üçün faydalı olan bu tərəvəz arıqlamaq istəyənlər üçün dietoloqlar siyahısında yer alıb. Badımcan sidikqovucu olduğu üçün bədəndən suyu çıxarmağa və arıqlamağa kömək edir.