Gecə necə yatdığımız çox önəmlidir - DİQQƏTLİ OLUN!

18 May 2022 18:43 (UTC+04:00)

Uşaqlıqdan bəri necə alışmışıqsa o şəkildə yatırıq. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, gecə necə yatdığımız çox önəmlidir. Çünki bütün günümüzə təsir edir.

Araşdırmalar göstərir ki, gecə beş saat və ya daha az yatmaq ölüm riskini 15 faizə qədər artıra bilər.

Bel və boyun ağrılarınız varsa bu pis yuxu yatış vəziyyətinizlə əlaqədardır. Ən ideal yuxu vəziyyəti yan yatmaqdır.

Araşdırmalar göstərir ki,yatmağı seçdiyiniz tərəfin sağlamlığınız və səhər oyandığınızda özünüzü necə hissetdiyinizlə əlaqəli olaraq fərq yaradır.

Nəzrin Əyyublu