Türk Dövlətləri Təşkilatının Baş Katibi Azərbaycana səfərə gəlib

18 May 2022 17:02 (UTC+04:00)

Türk Dövlətləri Təşkilatının Baş Katibi Bağdad Amreyev Azərbaycana səfərə gəlib.

SİA-nın məlumatına görə, B.Amreyev 19-20 may tarixlərində Şuşada keçiriləcək beynəlxalq konfrnsda iştirak edəcək.

B.Amreyev konfransda çıxış edəcək və yüksək səviyyəli panel müzakirələrində iştirak edəcək. Onun, həmçinin, bir sıra görüşlər keçirməsi nəzərdə tutulur.