Ermənistan uzun müddətdir KTMT-ni münaqişəyə cəlb etməyə çalışır - POLİTOLOQ ŞƏRH ETDİ

18 May 2022 16:55 (UTC+04:00)

“Ermənistanın baş naziri Nikol Paşinyan Rusiyada Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının toplantısında iştirak etdi. Bu görüş bir sıra çıxışlarla yadda qaldı”. Bu sözləri SİA-ya açıqlamasında politoloq İlyas Hüseynov bildirib.

Onun sözlərinə görə, Ermənistan KTMT-ni Azərbaycanla aparılan müharibədə ona lazımi dəstəyi vermədiyinə görə tənqid edib: “Təbii ki, Ermənistan uzun müddətdir KTMT-ni münaqişəyə cəlb etməyə çalışır. Lakin buna nail ola bilməmişdir. Azərbaycan sərhəddində təxribatlar və atəşkəs rejiminin davamlı olaraq pozulması bunu deməyə imkan verir ki, Ermənistanın əsas məqsədi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı qüvvələrinin hərəkətə keçirilməsidir. Nəzərə almaq lazımdır ki, hazırda Ermənistan KTMT-ə sədrliyi həyata keçirir. Bu baxımdan Ermənistanın KTMT-dən gözləntiləri çox böyükdür. Azərbaycan bu məsələləri izləyir və gündəlikdə saxlayır.

Eyni zamanda Putinlə ikitərəfli müstəvidə də görüşüb. Putinin siyasi terminologiyada Dağlıq Qarabağ əvəzinə Qarabağ məsələsinə vurğunun edilməsi də göstərir ki, Rusiya artıq Dağlıq Qarabağ terminini çıxarmışdır. Azərbaycanın bildirdiyi kimi, Qarabağ ifadəsi səslənir”.