Şagirdlərin bilik və bacarıqları ildən-ilə aşağıya doğru gedir - TƏHSİL EKSPERTİ AÇIQLADI

18 May 2022 16:54 (UTC+04:00)

"Təhsil sistemində son illərdə ölkə başçısı tərəfindən böyük işlər görülüb. Təhsil ölkə başçısının ən çox diqqət yetirdiyi birinci sahələrdəndir". Bu sözləri SİA-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib.

Onun sözlərinə görə, buna baxmayaraq istər orta məktəblərdə, istər ali təhsil müəssisələrində keyfiyyətin yüksəldilməsi istiqamətində problemlər mövcuddur: "9-cu sinif şagirdləri üçün 2022-ci ilin bu il apel ayında keçirilmiş buraxılış imtahanının nəticələri açıqlandı. İmtahanda iştirak etmiş şagirdlərdən heç kim maksimum bal toplaya bilməyib. Amma 2021-ci ildə keçirilmiş buraxılış imtahanında iştirak etmiş şagirddən 2 şagird onlara təqdim olunmuş bütün tapşırıqlara düzgün cavab verib və maksimum nəticə - yəni 300 bal toplayıb.

2022-ci ilin aprel imtahanı Bakı şəhərini, 14 aprel isə bölgələri əhatə edirdi. Nəticə göstərir ki, regionlarda şagirdlər yeni imtahan modelinə tam şəkildə hazır deyil və yeni test tapşırığı modellərini mənimsəməyiblər. Buraxılış imtahanında (9-cu sinifdən kolleclərə qəbul) abituriyentlərə tədris dili fənnindən 30, riyaziyyat fənnindən 25, xarici dil fənnindən 30 tapşırıq olmaqla ümumilikdə 85 tapşırıq təqdim olunur. Bu mərhələdə fənlərin hər biri üzrə toplanıla biləcək maksimal bal 100, ümumi yekun bal isə 300-dür. Nəticələri təhlil edəndə görürük ki, test tapşırıqlarının ağırlıq səviyyəsində dəyişiklik olmasa da, şagirdlərin bilik və bacarıqları ildən ilə aşağıya doğru gedir".

Arzu Qurbanzadə