Üstünlük bəzən bu, bəzən də digər tərəfə keçir - DEPUTAT ŞƏRH ETDİ

18 May 2022 14:23 (UTC+04:00)

“Rusiya-Ukrayna müharibəsində üstünlük müxtəlif istiqamətlərdə, müxtəlif günlərdə, hətta günün müxtəlif saatlarında o tərəfdən bu tərəfə, bu tərəfdən o tərəfə keçir”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Elman Məmmədov bildirib.

Onun sözlərinə görə, yəni birmənalı olaraq üstünlüyün hansı tərəfdə olduğunu demək olduqca çətindir: “Çünki bu proses hərbi əməliyyatlardan ibarətdir. Hərbi əməliyyatlar zamanı da müxtəlif hadisələr baş verir. Bəzən bu, bəzən isə digər tərəf üstün olur. Amma vəziyyətə ümumilikdə baxdıqda ukraynalılar öz ərazi bütövlüklərinin təmin olunması uğrunda vuruşurlar. Rusiya isə Ukraynanın ərazi bütövlüyünü pozmuş tərəf kimi dəyərləndirilir. Bütün Avropa, ABŞ və dünyanın çox sayda dövlətləri bu müharibədə Rusiyanı işğalçı tərəf kimi tanıyırlar”.