Bakıda “Balık ekmek” festivalı keçirilir - FOTO

18 May 2022 13:44 (UTC+04:00)

Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi çərçivəsində Bakı EXPO Mərkəzinin qarşısında Türkiyənin Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyi "Balık ekmek" balıq məhsulları festivalı keçirib.

SİA-nın məlumatına görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev bildirib ki, qardaş ölkədə ənənəyə çevrilən və akvakulturanın, balıqçılıq təsərrüfatlarının inkişafının təşviqinə, həmçinin zəruri qida olan balıq məhsullarının istehlakının artırılmasına yönələn bu təcrübənin öyrənilməsi Azərbaycan üçün də aktualdır.

Xidmət rəisi qeyd edib ki, ilk dəfə Azərbaycanda təşkil edilən balıq məhsulları festivalı Azərbaycanda da balıqçılıq təsərrüfatlarının (akvakulturanın) genişləndirilməsinə və inkişafının təşviq edilməsinə, bu sahədə Türkiyə təcrübəsinin həyata keçirilməsinə, eyni zamanda ölkəmizdə akvakultura şəraitində intensiv əmtəə balıqçılığının formalaşmasının təbliğinə və balıq məhsullarının istehlakının artırılmasına töhfə olacaq.