Mərkəzi Gömrük Hospitalının uzman pediatrı “Vitamin qəbulu” mövzusunda danışıb

18 May 2022 12:08 (UTC+04:00)

Mərkəzi Gömrük Hospitalının Pediatriya şöbəsinin rəisi, uzman pediatr Telman Aytayev vitamin qəbulu mövzusunda ATV-nin "Səhər" proqramına müsahibə verib. Süjeti Mərkəzi Gömrük Hospitalının youtube kanalında izləyə bilərsiniz. Linki Sizə təqdim edirik.

https://www.youtube.com/watch?v=x9QEXiKVaJ8

Mərkəzi Gömrük Hospitalının Pediatriya şöbəsinin rəisi, uzman pediatr Telman Aytayev deyib: “Hər vitamin çatışmazlığının klinik əlamətləri var. Orqanizmində rutin olaraq vitamin çox nadir hallarda məsləhət görülür. Yəni iştahsızlıq və çəkidə çatışmazlıq varsa, bir-iki dəfə profilaktik məqsədlə vitamin verilə bilər. Uşağıa vitamin verilərkən onun boyuna, çəkisinə yaşına görə inkişafı izlənilməlidir. Multivitamin verilməsi uşağa kömək etməyə bilər, hətta hansısa dərmanın yan təsiri də meydana çıxa bilər.”

Qeyd edək ki, üzvi birləşmələrdən ibarət olan vitaminlər insan qidasının zəruri hissəsini təşkil edir. Qidaların tərkibində vitaminlər çatışmadıqda orqanizmin funksiyası pozulur, nəticədə avitaminoz və yaddaş zəifliyi kimi hallar yaranır. Lakin ehtiyac olmadıqda qəbul edilən vitaminləri yanlış addım kimi dəyərləndirilir. Vitaminlərin miqdarı çox olduqda isə müxtəlif xəstəliklərə səbəb olur. Həddindən artıq vitamin qəbulu sağlam uşaq demək deyil.

Orqanizmə C vitamini lazım olduğu halda bir qrup vitaminlər, dəmir və digər mikroelementlərin artıq istifadəsi bədəndə depolanmaya şərait yaradır. Ona görə də sağlam qidalanma ən yaxşı seçimdir. Sağlam qidalanma zamanı meyvə, tərəvəz daha çox ağ ət, yəni balıq və toyuq əti ilə qidalandıqda orqanizmə lazım olan vitaminlər alınır. Hazır və paketli qidaların qəbulu zamanı bir sıra vitaminlərin çatışmazlığı yarana bilər. Vitamin çatışmazlığı zamanı qan azlığı, nevroloji və metobolizm problemlərlə özünü göstərir.

Hər vitaminin xüsusi vəzifəsi var. D vitamini hər yaş qrupuna verilməlidir, bu. uşaqların əsəb sisteminə, sümük quruluşlarına və normal inkişafa kömək edir. Kalsium, maqnezium, potasium kimi vacib mineralalrın ana südündə olması isə körpələrə daha çox faydalıdır.