Cütlüyün görüntüləri şərhlərlə doldu - FOTO

18 May 2022 10:48 (UTC+04:00)

Məşhur türk kanalı olan Kanal D-nin rekord qıran serialı "Yarqı" mayın 29-da sezon finalına çıxacaq. SİA xarici mətbuata istinadən xəbər verir ki, mövsümün son bölümünü çəkmək üçün çəkiliş meydançasına daxil olan aktyorlar işləri bitdikdən sonra əylənməyə başlayıblar.

Bütün komanda yığıncaqda rəqs edib. Sosial mediada paylaşılan görüntülərdə Pınar Dəniz və Kaan Urgancıoğlunun fərqli simaları diqqət çəkib. Video şərhlərlə dolub.

Ayşən Vəli