Yayda hansı papaqlar geyinilməlidir?

18 May 2022 06:21 (UTC+04:00)

Bu yay moda həvəskarları beysbol papaqları, panama və şərflər kimi aksesuarlara diqqət yetirməlidirlər. SİA rus saytlarından əldə etdiyi məlumata əsasən, hansı papaqların yenidən dəbdə olduğunu diqqətinizə catdırır.

Mövsümün sensasiyalı tendensiyalarından biri loqosu olan “Celine” moda evi tərəfindən buraxılan beysbol papağıdır. “Marie Claire” jurnalının məlumatına görə, aksesuarlar anındaca tükənib.

Növbəti dəbli baş geyimi panamadır. Qeyd edək ki, bu neçə ildir ki, mövsümdən mövsümə dolaşaraq “məşhurlaşır”. Onu da qeyd edək ki, samandan hazırlanmış panamaları dizaynerlər təkcə çimərlikdə deyil, həm də gündəlik yay görünüşləri ilə istifadə etməyi təklif edirlər.

Bundan əlavə, Vəhşi Qərb üslubunda baş örtüyü, çadra və papaqlar trenddədir. Hər iki variant da ən sadə yayları şaxələndirir.

Nazlı Almuradova