ABŞ İslam Əməkdaşlıq Təşkilatı ilə strateji dialoqa başlayır

18 May 2022 03:24 (UTC+04:00)

ABŞ gələn həftə İslam Əməkdaşlıq Təşkilatı (İƏT) ilə strateji dialoqa başlayır.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Ned Prays bildirib.

Mayın 23-də İƏT-in baş katibi Hiseyn Brahim Taha Vaşinqtonda görüşlər keçirəcək.

“ABŞ və İƏT onilliklər boyu yaxın tərəfdaşlar olub və güclü iqtisadi, sosial və mədəni əlaqələrə malikdir. Bu, ABŞ-ı təkcə İƏT-in özü ilə deyil, ona üzv olan 57 ölkənin hamısı ilə əlaqələndirir. Dialoqun başlanması bizim artan əlaqələrimizin mühüm təsdiqidir”, – Prays qeyd edib.