232 mindən çox yüksək hərarətli xəstə aşkarlanıb

18 May 2022 03:12 (UTC+04:00)

Şimali Koreyada bir gündə 232 mindən çox insanda yüksək hərarət aşkar edilib, 6 xəstə isə ölüb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.

Verilən məlumata görə, ölkədə yoluxma hallarının ümumi sayı 1,72 milyonu ötüb, onlardan 1,02 milyondan çoxunun sağaldığı bildirilir.

ÜST-nin baş direktoru Tedros Adhanom Qebreyesus daha əvvəl KXDR hakimiyyətinə ölkədə koronavirusun yayılması ilə bağlı məlumatların verilməsi üçün sorğu göndərildiyi bildirilir.

Nazlı Almuradova