Türk teleaparıcı vəfat etdi

18 May 2022 02:59 (UTC+04:00)

Uzun müddətdir xərçəng xəstəliyindən müalicə olunan NTV kanalının aparıcısı Özləm Sarıkaya Yurt vəfat edib.

SİA-nın əldə etdiyi məlumata görə, Sarıkaya 39 yaşında dünyasını dəyişib.

NTV-nin yaydığı bildirişdə deyilir ki, özləm həyat və onu sevənlərlə çox tez vidalaşdı. O gözəl ürəyi, ruhu və səs tonu ilə hər zaman qəlblərdə yaşayacaq.