Kanada minə yaxın rusiyalıya qadağa qoyub

18 May 2022 02:47 (UTC+04:00)

Kanada Ukrayna hadisələri ilə əlaqədar Rusiya prezidenti Vladimir Putin də daxil olmaqla, sanksiyalara məruz qalan minə yaxın rusiyalının ölkəyə girişini qadağan etmək qərarına gəlib.

SİA-nın əldə etdiyi məlumata görə, bunu Kanadanın ictimai təhlükəsizlik naziri Marko Mendiçino deyib.

“Kanada Putin (Rusiya Prezidenti Vladimir Putin – Red) hökumətinin amansız hücumu qarşısında Ukraynanın yanındadır. Buna görə də biz indicə minə yaxın rusiyalı, o cümlədən Putin və onun ətrafı üzvləri üçün ölkəyə giriş qadağası elan etmişik”, – Mendiçino bildirib.