Sofyan Fequli "Qalatasaray" ilə vidalaşacağını açıqlayıb

18 May 2022 02:42 (UTC+04:00)

Cari mövsümün sonunda "Qalatasaray"dan ayrılacaq ilk futbolçu bəlli olub.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, əlcəzairli yarımmüdafiəçi Sofyan Fequli İstanbul təmsilçisini ilə vidalaşacağını açıqlayıb.

Oyunçu bununla bağlı instaqram səhifəsində paylaşım edib. O, "Cim-Bom"da keçirdiyi 5 mövsümə görə klub rəhbərliyinə, futbolçulara və məşqçilər heyətinə təşəkkürünü bildirib.

Qeyd edək ki, Sofyan Fequli "Qalatasaray"a 2017-ci ilin yayında İngiltərənin "Vest Hem" klubundan transfer olunmuşdu.