Türkiyənin ABŞ-dan tələbi...

18 May 2022 02:14 (UTC+04:00)

...Bu arada Türkiyə Finlandiya və İsveçin NATO-ya daxil olmasını təsdiqləmək üçün öz tələblərini irəli sürüb. Beləliklə:

- Ankaranın “F-35” təyyarələrinin tədarükü proqramına daxil edilməsi və...

- Rusiyadan “S-400” alınması ilə bağlı ABŞ sanksiyalarının ləğvi

SİA-nın əldə etdiyi məlumata görə, bunu “Bloomberg” öz mənbələrə istinadən bildirib.

Mənbənin verdiyi məlumata görə, Türkiyə Rusiyadan “S-400” zenit-raket kompleksləri aldıqdan sonra çıxarıldığı “F-35” proqramına yenidən daxil olmaq istəyir.

“...Üstəlik, Türkiyə ABŞ-dan "S-400" raketlərinə sahib olduğu üçün sanksiyaları ləğv etməsini də tələb edir”- Bunu da “Bloomberg” yazır.

Bundan əlavə, Türkiyə həmçinin ABŞ-dan ondan artıq “F-16”, eləcə də əvvəllər alınmış təyyarələr üçün təkmilləşdirmə dəstlərinin verilməsini istəyir.

Agentlik əldə etdiyi mənbəyə istinadən əlavə edib ki, Ankara həmçinin İsveç və Finlandiyanın 2019-cu ildə Türkiyəyə qarşı tətbiq etdikləri silah ixracına qoyulan məhdudiyyətləri də aradan qaldırmalıdırlar.

...Və bundan əlavə, Türkiyə tərəfi İsveç və Finlandiya hakimiyyətlərindən “PKK” və ona bağlı təşkilatları açıq şəkildə pisləmələrini tələb edir.

Xatırladaq ki, bir müddət bundan əvvəl Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan bəzi məsələlərə aydınlıq gətirilməyənə qədər Türkiyənin Finlandiya və İsveçin NATO-ya üzvlüyünə “hə” deməyəcəyini bildirmişdi.

Ağasəf Babayev